"Üç uşaq anası olan qadın əri tərəfindən çaydanla üzərinə isti su tökülərək yandırılıb və hazırda ərinin onu öldürməsindən qorxur".
Bizim.Media xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova öz sosial hesabında paylaşım edib.
M.Zeynalova qeyd edib ki, qadın polisə müraciət edib və istintaq başlayıb.
"Lakin istintaq dövründə həmin şəxs azadlığa buraxılıb. Ər buraxıldıqdan sonra yoldaşının yanına gedərək uşaqları əlindən alacağı və onun həyatına son qoyacağı ilə bağlı hədələr edib.
Qadın işgəncədən sonra baş verən görüntüləri bizə göndərib. Çox xahiş edirik ki, ona təcili kömək olunsun",- deyə paylaşımda yazılıb.
Bizim.Media