Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Dekabrın 4-də səhər saatlarında yola çıxan növbəti köç karvanı Şuşa şəhərinə çatıb.
Bizim.Media xəbər verir ki, bu gün 48 ailə olmaqla, 164 nəfər Şuşa sakini öz yurduna qovuşub.
Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:57 / 04.12.2024
Növbəti köç karvanı Şuşaya çatdı
Hazırda oxunan: Növbəti köç karvanı Şuşaya çatdı
Hazırda oxunan: Növbəti köç karvanı Şuşaya çatdı
223682
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.