Pişəvəri hərəkatının şahidi Biləsuvarda VƏFAT ETDİ

Pişəvəri hərəkatının şahidi Biləsuvarda VƏFAT ETDİ

Hazırda oxunan: Pişəvəri hərəkatının şahidi Biləsuvarda VƏFAT ETDİ

223664

1946-cı il Cənubi Azərbaycanda qurulmuş Milli hakimiyyətin (Pişəvəri hərəkatı) süqutundan sonra Şimali Azərbaycana gələn Bilal Yunsur oğlu Əlizadə 92 yaşında Biləsuvar rayonunda vəfat edib.

Bizim.Media-nın cənub bürosu xəbər verir ki, Bilal Əlizadə 1946-cı ildə Azərbaycana pənah gətirən minlərlə cənublu soydaşımızdan biri olub.

Mühacirətə qədər o ailəsi ilə birlikdə Ərdəbil şəhərində yaşayıb.

Qeyd edək ki, Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Milli Hökuməti 1945-1946-cı illərdə Cənubi Azərbaycanda fəaliyyət göstərib. 1946-cı ilin dekabrında hərəkat Pəhləvi rejimi tərəfindən amansızlıqla yatırılıb. Hərəkatın iştirakçıları isə şah rejimi tərəfindən amansız repressiyalara məruz qalıblar. Bu səbəbdən minlərlə ailə Arazı keçərək Şimali Azərbaycana pənah gətiriblər.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO