4 kollecdə nöqsanlar aşkarlandı - Rəhbərlərə şiddətli TÖHMƏT VERİLDİ

4 kollecdə nöqsanlar aşkarlandı - Rəhbərlərə şiddətli TÖHMƏT VERİLDİ

Hazırda oxunan: 4 kollecdə nöqsanlar aşkarlandı - Rəhbərlərə şiddətli TÖHMƏT VERİLDİ

223663

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib.

Bu barədə Bizim.Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, yoxlamalar zamanı təhsil müəssisələrində tədris prosesinin təşkili və idarəetmə ilə bağlı bir sıra nöqsanlar aşkarlanıb. Nəticədə kolleclərin rəhbər şəxslərinə şiddətli töhmət verilib və xəbərdarlıq edilib.

Qeyd edək ki, Agentlik tərəfindən orta ixtisas təhsil müəssisələrində idarəetməni təkmilləşdirmək, şəffaflığı və təhsilin keyfiyyətini artırmaq məqsədilə keçirilən tədbirlər davam edəcəkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO