68 yaşlı kişi huşsuz vəziyyətdə xəstəxanaya gətirildi - Həkimlər həyata qaytardı - FOTO

68 yaşlı kişi huşsuz vəziyyətdə xəstəxanaya gətirildi - Həkimlər həyata qaytardı - FOTO

Hazırda oxunan: 68 yaşlı kişi huşsuz vəziyyətdə xəstəxanaya gətirildi - Həkimlər həyata qaytardı - FOTO

223627

Ağır vəziyyətdə KTM-nin Reanimasiya şöbəsinə qəbul edilən xəstə həyata qaytarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.

Bildirilib ki, 30.11.2024-cü il tarixində kəskin böyrək çatışmazlığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilən 68 yaşlı xəstə Reanimasiya şöbəsinə qəbul edilib.

"Xəstə şöbəyə daxil olarkən huşsuz, vəziyyəti hədsiz ağır olub.

Kreatini 32 (norma ~ 1 mg/dL), kalisi 9 (norma ~ 4.5 mmol/L), sidik ifrazı tamamilə kəsilmiş vəziyyətdə olan xəstəyə ilkin olaraq dializ təyin edilib, zəruri tədbirlər görülüb. 3 hemodializ seansından sonra xəstənin kreatini və kalisi normaya yaxınlaşıb. Huşu aydınlaşıb, hemodinamik göstəriciləri stabillləşib.

Artıq Reanimasiya şöbəsindən Nefrologiya şöbəsinə köçürülən xəstənin müalicələri davam etdirilir",- deyə xəstəxanadan əlavə edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO