Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən muxtar respublikada fəaliyyət göstərən baytarlıq apteklərində keçirilən monitorinq zamanı bu sahədə normativ-hüquqi sənədlərin tələblərinin pozulduğu, son istifadə tarixi bitmiş və mənşəyi məlum olmayan baytarlıq preparatlarının satıldığı hallar aşkar edilib.
Agentlikdən Bizim.Media-ya bildirilib ki, satışı həyata keçirilən istifadə müddəti bitmiş və mənşəyi məlum olmayan baytarlıq preparatları satışdan kənarlaşdırılaraq müvəqqəti saxlanca verilib, qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:35 / 04.12.2024
Naxçıvanda baytarlıq apteklərində mənşəyi məlum olmayan preparatlar AŞKARLANDI - FOTO
Hazırda oxunan: Naxçıvanda baytarlıq apteklərində mənşəyi məlum olmayan preparatlar AŞKARLANDI - FOTO
Hazırda oxunan: Naxçıvanda baytarlıq apteklərində mənşəyi məlum olmayan preparatlar AŞKARLANDI - FOTO
223608
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.