Milli Müdafiə Universitetində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

Milli Müdafiə Universitetində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

Hazırda oxunan: Milli Müdafiə Universitetində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

223592

Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov Azərbaycanda səfərdə olan Türkiyənin Müdafiə Sənayesi Direktorluğunun Müdafiə Sənayesi Akademiyasının sədri professor Cenk Aktaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, Türkiyə nümayəndə heyətinə Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan uğurlu islahatların müsbət nəticələri barədə ətraflı məlumat verilib.


Görüşdə hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO