Azərbaycanın mənzil bazarındakı qiymət artımı 2024-cü ilin üçüncü rübündə də davam edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Statistika Komitəsi yayıb.
Mənbə qeyd edir ki, 2024-cü ilin üçüncü rübündə ümumi mənzil bazarında qiymət indeksi əvvəlki rübə ikinci rübə nisbətən 3,8 faiz artıb. Bu artım, həm ilkin, həm də təkrar mənzil bazarlarında müşahidə olunub.
İlkin mənzil bazarındakı qiymət artımı daha yüksək olub - 4,3 faiz. Təkrar mənzil bazarında isə qiymətlər 3,7 faiz yüksəlib.
2024-cü ilin yanvar-sentyabr ayları ərzində ümumi mənzil bazarında qiymət indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz artıb. İlkin mənzil bazarında artım daha yüksək olub və 10,3 faiz təşkil edib. Təkrar mənzil bazarındakı qiymət artımı isə 9,1 faiz olaraq qeydə alınıb.
Bu artımlar ötən illə müqayisədə bazarın dinamik inkişaf etdiyini göstərir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:08 / 03.12.2024
Azərbaycanda mənzillər 9,2 faiz bahalaşıb
Hazırda oxunan: Azərbaycanda mənzillər 9,2 faiz bahalaşıb
Hazırda oxunan: Azərbaycanda mənzillər 9,2 faiz bahalaşıb
223529
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.