Uşaqların müalicəsində antibiotikdən istifadə DOĞRUDURMU? – Həkimdən AÇIQLAMA

Uşaqların müalicəsində antibiotikdən istifadə DOĞRUDURMU? – Həkimdən AÇIQLAMA

Hazırda oxunan: Uşaqların müalicəsində antibiotikdən istifadə DOĞRUDURMU? – Həkimdən AÇIQLAMA

223503

Uşaqların səhhətində problem yarananda onun tez sağalması üçün adətən antibiotikdən istifadə edilir. Lakin bəzi həkimlər və valideynlər antibitiklərin uşaqların müalicəsində istifadəsini doğru hesab etmirlər. Bəzən sosial şəbəkələrdə valideynlərin antibiotiklərin fəsadları ilə bağlı şikayətlərinə, iddialarına rast gəlirik. Lakin problemin həqiqətən də antibiotikdən yarandığını demək çətindir.

Bəs həkimlər bu haqda nə düşünürlər?

Mövzuya münasibət bildiriən həkim-terapevt Rasif Bağırov Bizim.Media-ya deyib ki, antibiotiklər insanların müalicə prosesində ən xeyirli və vacib preparatlardan biridir:

“Antibiotiklərə vaxtilə dünyanı xilas edən dərman deyilib. Bütün infeksion xəstəliklərin, bütün iltihabi proseslərin qarşısını almaq üçün antibiotik işlədilir. Antibitotik kəşf olunmayanda adi soyuqdəymədən insanlar ölürdülər. Düzdür, həkim təyinatı olmadan insanların özlərinin antibiotik alıb istifadə etməsi düzgün deyil. Bütün dərmanlar öz vaxtında və təyinatı üzrə işlənməlidir. Əgər dərman öz təyinatı üzrə və düzgün şəkildə işlənmirsə, o heç vaxt effekt verməyəcək”.

Valideynlərin antibiotiklərlə bağlı iddiasına gəldikdə isə mütəxəssis antibitotikdən yerində istifadəsini məqbul hesab etdiyini qeyd edib:

“Uşaqda problemin antibiotikdən yarandığını dəqiqləşdirmək üçün həkimlər ekspertiza təyin edib, yoxlayırlar. Ondan sonra antibiotiklə bağlı olduğu məlum olur. Bütün dərmanların düzgün təyin olunmaması pisdir. O mütləq düzgün təyin olunmalıdır ki, xəstəyə xeyir versin.

Pediatrik xidmətlərdə görürəm ki, çox vaxt uşaqlara düzgün yanaşmırlar.

Bəzi pediatrların arasında belə fikir formalaşıb ki, uşağa antibiotik vermək olmaz. Demək olar ki, bütün pediatrlar belə düşünürlər və uşağa infeksiyanı öldürən dərman əvəzinə köməkçi dərman verirlər. Köməkçi dərman isə heç vaxt infeksiyanı öldürmür. İnfeksiya da inkişaf edir, vəziyyət ağırlaşanda uşağı xəstəxanalara qaçırırlar.

Virus etapından bakterial etapa keçəndə antibakterial xəstələrdə mütləq temperatur baş verir. Temperatur baş verəndə antibiotikdən səmərəli istifadə eləsələr uşaq nə reanimasiyaya düşər, nə də vəziyyəti ağırlaşar. Uzağı da 5-6 günə sağalıb ayağa qalxar. Ona görə də onların “uşaqlara antibiotik vermək olmaz” anlayışı ilə kampaniya şəklində antibiotik verməyəndə uşaqlarda ağırlaşma halları qeydə alınır. Antibiotikdən vaxtında və düzgün istifadənin heç bir ziyanı yoxdur və xəstələrə də yüksək nəticə göstərir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO