“Məcburi köçkünlərin sosial müdafiəsinə 100 milyardlarla vəsait xərclənib” - DEPUTAT

“Məcburi köçkünlərin sosial müdafiəsinə 100 milyardlarla vəsait xərclənib” - DEPUTAT

Hazırda oxunan: “Məcburi köçkünlərin sosial müdafiəsinə 100 milyardlarla vəsait xərclənib” - DEPUTAT

223495

“Müstəqillik illərində ölkəmiz erməni işğalı ilə qarşılaşmasaydı Dövlət Sosial Müdafiə Fondunun daha böyük rəqəmlərlə ifadə olunduğunu görərdik.

Bizim.Media xəbər verir ki, bunu deputat Azər Badamov parlamentin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

O bildirib ki, bu problemdən yaranan məsələlərə 100 milyardlarla vəsait xərclənib:

“İllərlə büdcənin böyük hissəsi məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, çadır şəhərciklərinin qurulması, ordunun gücləndirilməsi və bu kimi məsələlərə xərclənib.

O cümlədən, işğaldan azad olunmuş torpaqların yenidən qurulmasına, bərpasına xeyli vəsait xərclənir. Əgər bu problemlər olmasaydı vətəndaşlarımızın sosial təminatına daha çox vəsait xərclənərdi”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO