“Anamın həyatını Ramin Bayramova həvalə edə bilmərəm” – Partiya sədrindən ETİRAZ  

“Anamın həyatını Ramin Bayramova həvalə edə bilmərəm” – Partiya sədrindən ETİRAZ  

Hazırda oxunan: “Anamın həyatını Ramin Bayramova həvalə edə bilmərəm” – Partiya sədrindən ETİRAZ  

22344

“Şahmar Mövsümov danışır, amma bir az xalqın içinə getmək lazımdır. Dəvət edirəm onu. Gəlsin partiyamızın yanındakı parka, yaxud elə mən gedərəm Aparatın yaxınlığındakı bağda bir yerdə gəzək. Xalqa yanaşaq, insanlardan soruşaq. Ağ adam, qara adamlara bölməyin insanları”.

Bizim.Media xəbər verir ki, bu sözləri Ağ Partiyanın sədri Tural Abbaslı canlı yayımların birində COVİD pasportu ilə bəzi qapalı məkanlara icazəni şərh edərkən bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

TƏBİB Tural Abbaslıya cavab verdi - “Ola bilər ki,...”


Partiya lideri bildirib ki, “Bayramova inanıb özünə vaksin vurdura bilən adam var? Mənim anam 70 yaşından yuxarıdır. Mən ona hazır deyiləm ki, anamın sağlamlığını, həyatını Ramin Bayramova həvalə edim”. 

Partiya sədri sonda əlavə etdi ki, təsəvvür edin ki, oğlunuzun toyuna gedirsiniz və sizdən pasportu soruşurlar. Yəni, gülüncdür.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO