İslam dünyasının “Gənclər Paytaxtı” olan Şuşa gəncləri bir araya gətirdi - FOTO

İslam dünyasının “Gənclər Paytaxtı” olan Şuşa gəncləri bir araya gətirdi - FOTO

Hazırda oxunan: İslam dünyasının “Gənclər Paytaxtı” olan Şuşa gəncləri bir araya gətirdi - FOTO

223426

Gənclər və İdman Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə İslam dünyasının "Gənclər Paytaxtı" olan Şuşa şəhərində beynəlxalq proqram keçirilir.

Bizim.Media xəbər verir ki, tədbirdə İslam Əməkdaşlıq Təşkilatına üzv və müşahidəçi ölkələrin 300-ə yaxın rəsmi nümayəndəsi, gənclər və könüllülər iştirak edirlər.
 

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov konfransda iştirak edən gənclərə uğurlar arzulayıb. O, Şuşa şəhərinin bu cür mühüm tədbirə ev sahibliyi etməsinin qürurverici olduğunu bildirib.


İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun Təlim və tədris departamentinin direktoru Tuğba Ceren Çerçi Şuşa şəhərində olduğu üçün qürur hissi duyduğunu söyləyib və qonaqpərvərliyə görə Azərbaycana minnətdarlığını çatdırıb: “Proqramın əvvəlindən səylə çalışan bütün təşkilatçılara təşəkkürümü bildirirəm. Eləcə də ölkənizə COP29-da göstərdiyi heyrətamiz işinə görə təşəkkür edirəm. Hesab edirəm ki, orada çalışan insanlar alqışa layiq işlər gördülər".

Həmçinin, nazirliyin "Yaradıcılıq marafonu"da bu gün start götürüb. Bu proqram İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən olan müxtəlif istedadlı və yaradıcı gəncləri birləşdirən platformadır.

Burada gənclər dörd sahə - animasiya, film, moda, dizayn üzrə fərqli məhsullar yaradacaqlar. Sabah isə qaliblər elan ediləcək.

"Şuşa Yaradıcılıq Emalatxanası" çərçivəsində bəstəkar-pianoçu Pikə Axundova Azərbaycan muğamını qonaqlara təqdim edib.

İslam dünyasının “Gənclər Paytaxtı”nın bağlanış mərasimi dekabrın 4-də Şuşa şəhərində reallaşacaq.
 

Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında Qarabağın incisi Şuşa şəhəri 2024-cü il üçün İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı” elan olunmuşdu.


Qeyd edək ki, Prezident İlham Əliyev 2024-cü il 17 aprel tarixində “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO