Gözəllik salonlarında HƏYATİ RİSK – 5 ildir dayandırılan yoxlamalara nə vaxt start VERİLƏCƏK?

Gözəllik salonlarında HƏYATİ RİSK – 5 ildir dayandırılan yoxlamalara nə vaxt start VERİLƏCƏK?

Hazırda oxunan: Gözəllik salonlarında HƏYATİ RİSK – 5 ildir dayandırılan yoxlamalara nə vaxt start VERİLƏCƏK?

223370

Hazırda cəmiyyətimizdə maraq doğuran gözəllik prosedurlarından ən başlıcası manikur və pedikurdur. Hər ay insanlar bunu həm təmizlik üçün, həm də baxımlı görünmək üçün edirlər. Müasir dövrdə manikur və pedikurun müxtəlif növlərinin yaranması qalıcılığını daha da artırır və bu da pratik üsul olduğuna görə kütləviləşir. Elə bu kütləvilik də müxtəlif problemlərə yol aça bilər.

Manikur və pedikur zamanı müxtəlif alətlərdən istifadə olunur. Bu alətlər  dəri ilə birbaşa təmasda olur. Düşünsək ki, gün ərzində gözəllik salonlarına bu prosesləri etdirmək üçün yüzlərlə şəxs gəlir, bu da infeksiya riskini çoxaldır.
 

MÖVZU İLƏ BAĞLI:

Gözəllik salonlarında qəbz FIRILDAĞI – Kassa aparatının qoyulmamasına niyə GÖZ YUMULUR?


Gözəllik salonları hansı riskləri yaradır?

İnfeksionist Mərdan Əliyev Bizim.Media-ya bu barədə danışıb.

“Qan vasitəsilə yoluxan infeksiyalar manikur və pedikur zamanı yoluxa bilir. Çünki bu prosedurlarda qanama halı yüksək olur. Belə olan halda alət vasitəsilə sağlam şəxslərə hepatit b, c, d və s. kimi infeksiyaların yayılması çoxdur. Xüsusən də burada hepatit b daha çox yoluxan infeksiya qrupundandır. Təbii ki, burada mütləq gigyenik qaydalar gözlənilməlidir.

Bu alətlər yaxşı dezinfeksiya olunmalıdır ki, yoluxmalar sıfıra endirilsin. Bundan əlavə hətta lazer epilyasiyası ilə də bu yoluxmalar mümkündür. Xüsusən də məsafədən olmayan, dəri ilə təmas edən aparatlar vasitəsilə də belə yoluxmalar mümkündür”.

Bəs gözəllik salonlarına gigiyenik baxış keçirilirmi?

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, 2025-ci ilə qədər gözəllik salonlarında və bərbərxanalarda yoxlamaların keçirilməsi dayandırılıb.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 20 oktyabr 2015-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikası  ərazisində  sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il  yanvarın 1-dək dayandırıldığı üçün Dövlət sanitariya xidməti tərəfindən bərbərxana və gözəllik salonlarında müvafiq nəzarət tədbirləri həyata keçirilmir.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası 2 iyul 2013-cü il tarixli Qanununun 16.1.3. bəndinə əsasən, sahibkarlıq subyektində yoxlama insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə konkret faktlara əsaslanan rəsmi məlumatlar, şikayətlər daxil olduqda aparıla bilər.

Yalnız bu hallarda gözəllik salonlarında və bərbərxanalarda yoxlanış keçirilə bilər:

1. Bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi, yaxud bir və ya bir neçə insanın ölümü, habelə yoluxucu xəstəliklərin yayılması, epidemiyaların yaranması təhlükəsi, yaxud belə halların baş verməsi;

2. Ekoloji sistemin ayrı-ayrı komponentlərinin kəmiyyət və keyfiyyətcə dəyişməsi, ekoloji tarazlığın pozulması təhlükəsi, yaxud belə halların baş verməsi;

3. Dəyəri 50000 (əlli min) manat və ondan yuxarı olan dövlət əmlakının zədələnməsi və ya məhv edilməsi təhlükəsi, yaxud belə halların baş verməsi...

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO