Bakıda 6-cı sinif şagirdinin müəllimi tərəfindən döyülməsi iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda 6-cı sinif şagirdinin müəllimi tərəfindən döyülməsi iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bakıda 6-cı sinif şagirdinin müəllimi tərəfindən döyülməsi iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

223362

Sabunçu rayonu 307 saylı orta məktəbin 6E sinif şagirdinin məktəbin müəllimi Günay Şamilova tərəfindən fiziki zorakılığa məruz qaldığı iddia olunur.

Bu barədə uşağın valideyni 346 saylı məktəbin müəllimi Məlahət Nağıyeva yerli mətbuata açıqlamasında bildirib.

Ananın sözlərinə görə uşaq dərslə bağlı sual verəndə müəllim onun başına bərkdən vurub və "Yekəbaş, sən niyə bunu bilmirsən?" deyib. Uşaq deyir ki, əli ilə elə bərk vurdu ki, şappıltısına bütün uşaqlar güldü".

Məsələ ilə bağlı 307 saylı məktəbdən Bizim.Media-ya açıqlama verilib.

Bildirilib ki, məktəbin VI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) davranış qaydalarını mütəmadi olaraq pozub, dərs prosesi zamanı aqressiv davranışlar göstərib, eyni zamanda digər şagirdlərə təzyiq edib:

Şagirdlə məktəb rəhbərliyi, məktəbin psixoloqu  tərəfindən profilaktik söhbət aparılıb, müvafiq tövsiyələr verilib. Şagirdin valideyni dəfələrlə məktəbə dəvət edilərək övladının uyğunsuz davranışı ilə bağlı ona məlumat verilməsinə və xəbərdarlıq olunmasına baxmayaraq müsbət nəticə əldə edilməyib.

Müəllim və sinif rəhbərinin də yazılı şəkildə mövqeyi alınıb, onlara məsələyə daha həssas yanaşmaları tövsiyə olunub”.

Açıqlamada o da qeyd olunub ki, müəllimin VI sinif şagirdinə fiziki təzyiq göstərməsi ilə bağlı valideynin iddiaları əsassızdır:

“Müəllimə qarşı əsassız ittihamın səbəbi KSQ-də obyektiv qiymətləndirmə nəticələrinin  valideyni qane etməməsindən qaynaqlanır”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO