Bakının daha bir ərazisində söküntü BAŞLADI

Bakının daha bir ərazisində söküntü BAŞLADI

Hazırda oxunan: Bakının daha bir ərazisində söküntü BAŞLADI

223357

Bakının Yasamal rayonu Abdulla Şaiq küçəsində söküntü işləri aparılır. 

Bizim.Media “milli.az”a istinadən xəbər verir ki, artıq ərazidə yerləşən həyət evlərinin bir çoxu sökülüb. Onların yerində hündür mərtəbəli binanın tikilməsi nəzərdə tutulur. 

Sakinlərin sözlərinə görə, sökülən evlərin hər kvadrat metri üçün 2200-2500 manat təklif olunub. Razılıq əldə olunan sakinlərin evləri artıq sökülüb. 

Bəzi sakinlər isə bu təklifdən narazı qaldıqlarına görə imtina ediblər. Hazırda şirkət və sakinlər arasında danışıqlar aparılır.  

Narazı sakinlər aparılan söküntünün onların evlərinə də zərər vurduğundan da şikayətçidirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO