Virtual HƏZZ - Sosial şəbəkələrdən başlayan XƏYANƏT

Virtual HƏZZ - Sosial şəbəkələrdən başlayan XƏYANƏT

Hazırda oxunan: Virtual HƏZZ - Sosial şəbəkələrdən başlayan XƏYANƏT

22316

Bu gün, Azərbaycanda ailələrin dağılması, boşanmaların, hətta qadın qətllərin səbəblərindən biri də sosial şəbəkələrdir. Bu, artıq cəmiyyət arasında sosial-psixoloji problemə çevrilərək, artmaqda davam edir.  

Statistikaya görə, bugün Azərbaycanda boşanmaya səbəb kimi ən çox cütlüklər arasında fikir ayrılğı göstərilir. Bu da zamanla diqqətsizlik, sevgisizlik sonda isı xəyanətə gətirib çıxarır. Şübhəsiz ki, bu sadaladığımız amillərin yaranmasının bir payı da sosial şəbəkələrin payına düşür.
 

MÖVZU İLƏ BAĞLI:

BOŞANMIŞ QADIN - Niyə el qınağına çevrilir?


Qorxulu yuxu - XƏYANƏT

Ailədə yaranan problemlər, yataqda kişi qadın münasibətinin pozulması xəyanətə birbaşa çağırış olur. Bura bir də əlçatan, hər zaman asanlıqla əldə edə biləcəyin insanları tapmaqda kömək edən sosial şəbəkələr tendensiyasını da əlavə etsək, mənzərə tam aydın olur. İnsanlar zamanla içlərindəki boşluğu başqa bir insanla ünsiyyətlə doldurmağa başlayır. Bu zaman kişi və ya qadın ovuna çıxmağın ən asan yolu sözsüz ki, virtual ünsiyyət olur. Zamanla seriallarda gördükləri bəzəkli həyatın, sonsuz davam edən sevginin axtarışına çıxanlar, internet torunun tələsinə düşür. Əvvəlcə virtual başlayan ünsiyyət, get-gedə fiziki düşkünlüyə çevrilir.  Bu da gec-tez tərəflərdə görüşüb bir-birlərinin seksual ehtiyaclarını ödəmək kimi fikirləri yaradır. Bununla da ailə institutları məhv olunur, bəzi hallarda da qətllərə gətirib çıxarır.

Məhv olunan dəyərlər, əziyyət çəkən azyaşlılar 

Regionların birində yaşanan bu hadisə bir xeyli müddət gündəmdən düşməmişdi. Bir qadın internetdə tanış olduğu bir kişiyə görə, ailəsini, əsasəndə 3 körpəsini ataraq, sevgilisinin yanına qaçmışdı. Qadının əri isə çarəsiz qalaraq televiziyalara müraciət edərək, həyat yoldaşının axtarışına çıxır. Ən dəhşətlisi isə qadın tpıldıqdan sonra efir vasitəsilə geri dönməyəcəyini və uşaqlarını da istəmədiyini etiraf edir. Bununla da ana 3 körpəsini öz seksual istəyinə, fantaziyasına qurban verir. Beləliklə, körpələr psixoloji travma alaraq, sevgisiz, nəvazişsiz həyatlarına davam etdirilməyə məhkum olurlar. 

Sosial şəbəkələrdə cinsəllik ortaya çıxır 

“Virtual ünsiyyət zamanı insan 5 əsas bağlayıcı duyğunu itirir. Bunlar güvən, anlayış, hörmət, məhəbbət və cəlb etmədir.  İnsanda bu duyğular normal inkişaf etmir və ortaya bioloji faktorlar çıxır.  Beləliklə, əsasən cinsəllik hissi meydan sulayır. Çünki sözlərin və emojilərin arxasında danışıqlar bir müddətdən sonra fiziki ehtiyacları dilə gətirməyə keçir”.

Psixoloq Taryel Faziloğlu deyir ki, sosial şəbəkələrdə ünsiyyət virtual olduğu üçün cinsəllik baxımından bir-birlərinə qarşı daha cəsarətli olurlar. 

“Bu insanlara sosial şəbəkələrdəki xəyanəti zamanı öz seksual fantaziyalarını rahat şəkildə dilə gətirə bildikləri üçün çox rahat olurlar. Getdikcə, bu ünsiyyət real seksual əlaqəyə çevrilir. Onlar aralarında danışdıqları fantaziyalarını həyata keçirmək istəyi ilə alışıb-yanırlar bu da məlumdur ki, xəyanətə gətirib çıxarır. Bu da anında ailələri dağıdır”. 

Çatışmayan emosiyalar, mental dəyərlərə qurban gedən cinsi istəklər

Psixoloqun sözlərinə görə, sosial şəbəkələrdə insanların bir-birinə ünsiyyətində emosialar çatışmadığı üçün bu əlaqələr çox vaxt cinsi həvəsə yuvarlanır. Onun sözlərinə görə, bu zaman seksual instinqtlər daha çox inkişaf edir. 

“Hazırda internet dövrüdür və hər bir infomasiya əlçatandır. Bir fərd oturub açıq şəkildə pornoqrafik filmə baxır və o hissləri özü də yaşamaq istəyir. Əsasən qadınlar seksual hisslərini mental dəyərlərə görə, içlərində sıxıb, həyat yoldaşları ilə bunu edə bilmir. Bu zaman axtarış sosial şəbəkələrdəki naməlum insanların üzərinə düşür. O, rahat şəkildə tanımadığı insanla öz seksual fantaziyalarını paylaşa bilir. Daha sonra bu real görüşə çevrilərək ailədə xəyanətə yol açır”.

Unutmayaq: Xəyanət və hiylə zəif adamlara xas olan əməldir.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO