Laçının işğaldan azad edilməsindən 4 il ÖTÜR

Laçının işğaldan azad edilməsindən 4 il ÖTÜR

Hazırda oxunan: Laçının işğaldan azad edilməsindən 4 il ÖTÜR

223154

Bu gün - dekabrın 1-də Laçın rayonunun Ermənistanın işğalından azad olunmasından 4 il ötür.

Bizim.Media xəbər verir ki, 44 gün davam edən Vətən müharibəsinin yekununda Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanata əsasən, Ermənistan Laçın rayonunu dekabrın 1-də Azərbaycana təhvil verilib.
 

2020-ci ilin 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsi ərəfəsində noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu silah işlədilmədən, bir güllə belə atılmadan Azərbaycana təhvil verilib.


Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik nümayiş etdirmiş 8395 hərbi qulluqçumuz 2020-ci il noyabrın 26-da təsis edilmiş “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamıyla hər il avqustun 26-da Laçın Şəhəri Günü təsis edilib.

Qeyd edək ki, Laçın rayonu 1992-ci ilin 18 may tarixində Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Rayonun işğalı zamanı yüzlərlə soydaşımız amansızlıqla qətlə yetirilmiş, əsir götürülmüş, qeyri-insani üsullarla işgəncələrə məruz qalmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO