“Salam əziz Liderçilər! Dünən Lider TV-nin bağlanma xəbəri yayıldıqdan sonra vaxtı ilə bu kanalda işləmiş dostlarımız heç cür özlərinə gələ bilmirlər. Hamı bu xəbərin kədəri ilə yaşayır. Təklif var ki, bütün liderçilər 31 may axşam saatlarında Lider TV-nin binası qarşısına toplaşaq və bizim üçün həyat məktəbi olmuş televiziyamızın son dəqiqələrini birlikdə yaşayaq. Harada işləməyindən hansı vəzifə tutmağından asılı olmayaraq bütün liderçilərə səslənirik. Xahiş edirəm bu təklifi bütün liderçilər arasında paylaşaq ki, hamının xəbəri olsun!”
Bizim.Media xəbər verir ki, bu fikirlər “Facebook”da MTRŞ tərəfindən bağlanma xəbəri yayılan “Lider TV”nin keçmiş əməkdaşları tərəfindən yayılıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda 4 telekanal bağlandı - SON DƏQİQƏ
Bununla da istər hazırda adı çəkilən telekanalda çalışanlar, istərsə də bir vaxtlar yolu “Lider TV”dən keçənlər 21 yaşını qeyd edə bilməyən televiziyanın qarşısına yığışacaq.
Bizim.Media