Cari ilin III rübü üzrə sorğu nəticələrinə əsasən, cəmi biznes kreditləri üzrə kredit standartlarında dəyişiklik olmasa da, tələbdə artım müşahidə edilib.
İri sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə standartlarda heç bir dəyişiklik olmasa da, tələbdə qismən artım müşahidə olunub.
Bizim.Media Mərkəzi Banka istinadla xəbər verir ki, sorğu nəticələrinə əsasən ötən rübdə olduğu kimi ipoteka kreditləri üzrə standartlarda sərtləşmə davam edib.
İpoteka kreditləri üzrə standartlarda sərtləşmə əsasən daxili ipoteka kreditlərində müşahidə olunub. Banklar ipoteka faiz dərəcələrinin artımı fonunda ipoteka kreditlərinə tələbin azaldığını bildiriblər. Banklar növbəti rübdə ipoteka kreditləri üzrə kredit standartlarında yumşalma və kredit tələbində artım olacağını gözləyirlər.
Banklardan gələn sorğu nəticələrinə əsasən 2024-cü ilin III rübündə faiz dərəcələrinin artımı fonunda ümumi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə standartlar sərtləşib və nəticədə tələbdə cüzi azalma müşahidə edilib. Sorğuda iştirak edən respondentler növbəti rübdə istehlak kreditləri üzrə standartlarda dəyişiklik olmayacağı, tələbdə isə artım olacağı qənaətindədirlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:50 / 30.11.2024
AMB: Banklar ipoteka kreditləri üzrə kredit standartlarında yumşalma gözləyirlər
Hazırda oxunan: AMB: Banklar ipoteka kreditləri üzrə kredit standartlarında yumşalma gözləyirlər
Hazırda oxunan: AMB: Banklar ipoteka kreditləri üzrə kredit standartlarında yumşalma gözləyirlər
223032
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.