Əsgərin ölümünə görə baş leytenant HƏBS EDİLDİ - FOTO

Əsgərin ölümünə görə baş leytenant HƏBS EDİLDİ - FOTO

Hazırda oxunan: Əsgərin ölümünə görə baş leytenant HƏBS EDİLDİ - FOTO

222923

Dövlət Sərhəd Xidmətinin (DSX) N saylı hərbi hissəsinin baş leytenantı Orxan Rzalı həbs olunub. 

Bizim.Media “Bakupost.az”a istinadən xəbər verir ki, onun həbsi həmin hərbi hissədə xidmət edən əsgər Orucov Həbib İlham oğlunun ölümü ilə bağlıdır. 
 

Baş leytenant Orxan Rzalı barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib. Araşdırmalar çərçivəsində Hərbi Prokurorluq O.Rzalının digər tükürpədici cinayət əməllərini də aşkarlayıb. Hazırda bu məsələ ilə bağlı istintaq davam edir. 


Xatırladaq ki, H.Orucov noyabrın 9-da dünyasını dəyişib. Rəsmi məlumatda onun odlu silahdan açılmış atəş nəticəsində öldüyü qeyd edilib.  




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO