Efiopiya Azərbaycanın sənaye parkları sahəsində təcrübəsindən istifadə və iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
Bizim.Media xəbər verir ki, müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Efiopiyanın Baş nazirinin ofisində dövlət naziri Aklilu Tadessenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.
Görüşdə ölkələr arasında iqtisadi əməkdaşlıq potensialının reallaşdırılmasının əhəmiyyəti vurğulanıb, ticarət, investisiya, “yaşıl enerji” sahələrində tərəfdaşlıq imkanları nəzərdən keçirilib.
Həmçinin əlaqələrin inkişafına dəstək məqsədilə hüquq-müqavilə bazasının genişləndirilməsinin, biznes subyektlərinin iştirakı ilə işgüzar tədbirlərin təşkilinin, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsinin məqsədəuyğunluğu vurğulanıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:50 / 29.11.2024
Azərbaycanla Efiopiyaarasında ticarət, investisiya və “yaşıl enerji” üzrə əməkdaşlıq müzakirə edildi - FOTO
Hazırda oxunan: Azərbaycanla Efiopiyaarasında ticarət, investisiya və “yaşıl enerji” üzrə əməkdaşlıq müzakirə edildi - FOTO
Hazırda oxunan: Azərbaycanla Efiopiyaarasında ticarət, investisiya və “yaşıl enerji” üzrə əməkdaşlıq müzakirə edildi - FOTO
222887
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.