Bakı şəhərinin müxtəlif ərazilərində silsilə dələduzluq cinayətləri qeydə alınıb. Özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edən şəxs onlayn yolla sifariş verilən qida və digər məhsulları ünvana çatdıran kuryerlərin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirib. O, bu yolla 10-dan çox şəxsə külli miqdarda maddi ziyan vurub.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində cinayət əməllərini törədən 1991-ci il təvəllüdlü Elçin Məmmədov saxlanılıb. Onun üzərindən şəxsi istifadə üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
E. Məmmədovun dələduzluq əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:33 / 28.11.2024
Kuryerlərə qarşı dələduzluq edən şəxs TUTULDU - FOTO
Hazırda oxunan: Kuryerlərə qarşı dələduzluq edən şəxs TUTULDU - FOTO
Hazırda oxunan: Kuryerlərə qarşı dələduzluq edən şəxs TUTULDU - FOTO
222819
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.