Astanada KTMT dövlət başçılarının sammiti keçirildi

Astanada KTMT dövlət başçılarının sammiti keçirildi

Hazırda oxunan: Astanada KTMT dövlət başçılarının sammiti keçirildi

222795

Astanada KTMT dövlət başçılarının sammiti keçirilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasının açılışında çıxış edib.

Bizim.Media xəbər verir ki, bu barədə Orda.kz yazıb.
 

Mənbə qeyd edir ki, Rusiya, Belarus, Qırğızıstan və Tacikistan prezidentləri tədbir üçün Astanaya gəliblər.


Tokayevin sözlərinə görə, müasir təhdidlərə cavab olaraq KTMT bütün iştirakçı ölkələr üçün təhlükəsizliyin təminatçısı kimi mühüm rol oynayır. O qeyd edib ki, KTMT təkcə hərbi tərəfdaşlıq deyil, həm də dövlətlərin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün səy və resursları birləşdirən unikal mexanizmdir.

“KTMT sədri kimi Qazaxıstan öz səylərini iştirakçı ölkələr arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinə və böhran vəziyyətlərinə operativ reaksiya mexanizmlərinin səmərəliliyinin artırılmasına yönəldib. Təşkilatın terrorizm, kiberhücumlar, transmilli cinayətlər və narkotiklərin qanunsuz dövriyyəsi kimi müasir təhdidlərə qarşı mübarizədə imkanlarının inkişafına da diqqət yetirilir”, Qasım-Jomart Tokayev bildirib.

O, həmkarlarına birgə fəaliyyətlərinə görə təşəkkür edib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan tədbirə qatılmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO