Məktəblərdə şagirdlərə yemək VERİLƏCƏK?

Məktəblərdə şagirdlərə yemək VERİLƏCƏK?

Hazırda oxunan: Məktəblərdə şagirdlərə yemək VERİLƏCƏK?

222654

Xəbər verildiyi kimi Milli Məclisin noyabrın 25-də keçirilən plenar iclasında məktəbəqədər hazırlığa cəlb edilən uşaqlara yemək verilməsi təklif olunub.

Xatırladaq ki, bir müddət əvvəl saytımıza açıqlama edən sabiq təhsil naziri Misir Mərdanov da məktəblərdə şagirdlərə yemək verilməsini təklif etmişdi.

Bəs bu, təklif reallaşa bilər?

Təhsil eksperti Elmin Nurizadə Bizim.Media-ya açıqlamasında yeməklərlə bağlı diqqət edilməli məqamları qeyd edib:  
 

MÖVZU İLƏ BAĞLI:

Açıq bazara çevrilən MƏKTƏB BUFETLƏRİ – Acınacaqlı duruma niyə nəzarət edilmir?


“Məktəbəqədər siniflərə yemək verilməsiylə bağlı addım atılsa, biz bunu yalnız alqışlaya bilərik. Amma burada kifayət qədər ciddi və nəzərə alınmalı məsələlər var. İlk olaraq yemək dedikdə sağlam, yoxsa hazır bişmiş qidalar nəzərdə tutulur?

Çünki bir çox inkişaf etmiş ölkədə  aşağı siniflərdə oxuyan şagirdlər dövlət tərəfindən yeməklə təmin edilir. Bu ölkələrdə şagirdlərin fiziki, zehni inkişafına müsbət təsir etməsi üçün ciddi seçilmiş menyu hazırlanır. Məsələn, burada təzə meyvələr, təzə göyərtilər, süd və digər təbii məhsullar olur. Amma bişmiş, isti, ət yeməkləri kimi yeməklər həm arzuolunmur, həm də qadağandır. 

Bildiyimiz kimi, bilinçiklərin, cipslərin, krakerlərin, energetik içkilərin, fast food  məhsullarının məktəb bufetlərində satılması qadağandır. Bizdə də belə addım atılacaqsa, sırf sağlam qidalanmaya üstünlük verilməlidir”.

Ekspert belə bir addımın təkcə məktəbəqədər təhsildə yox, elə bütünlüklə ibtidai təhsilə də aid edilməsini vurğulayıb:

“Təbii ki, bunun üçün müəyyən büdcə lazımdır. Çünki ibtidai siniflərdə oxuyanların sayı heç də az deyil. Ancaq qeyd olunduğu kimi pilot formada aparıla bilər. Məsələn, birinci il sırf məktəbəqədər hazırlıq qruplarında, növbəti il isə ibtidai siniflərə aid oluna bilər. Dünya praktikasına əsaslansaq, yeməklərin seçilməsi zamanı şagirdin fikri nəzərə alına  və ya məktəb həkiminin, mütəxəssisin hazırladığı gündəlik menyu da ola bilər”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO