Ofisiant qızı yumruqla vuran kişiyə bu cəza VERİLDİ

Ofisiant qızı yumruqla vuran kişiyə bu cəza VERİLDİ

Hazırda oxunan: Ofisiant qızı yumruqla vuran kişiyə bu cəza VERİLDİ

222610

Xuliqanlıqda təqsirləndirilən Elşad Bəşirovun (şərti) cinayət işi üzrə istintaq yekunlaşıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə E.Bəşirov üç ay müddətinə azadlıqdan məhrum edilib və iclas zalında həbs olunub.


İttihama görə, hadisə bu il Nizami rayonu ərazisində yerləşən kafelərin birində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Elşad Bəşirov sərxoş halda olarkən orada ofisiant işləyən zərərçəkmiş Aylin Quliyevaya (şərti) onunla birlikdə masaya əyləşməsini təklif edib. Lakin qızdan rədd cavabı alıb. Bu zaman təqsirləndirilən şəxs Aylinə qarşı zor tətbiq edib, baş nahiyəsinə bir dəfə yumruqla vurub.

Hadisədən sonra Elşad Bəşirov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO