“İnsanları küçədə qoymaq olmaz” - Xalq şairi “20 Yanvar”dakı mağazaların aqibətindən DANIŞDI

“İnsanları küçədə qoymaq olmaz” - Xalq şairi “20 Yanvar”dakı mağazaların aqibətindən DANIŞDI

Hazırda oxunan: “İnsanları küçədə qoymaq olmaz” - Xalq şairi “20 Yanvar”dakı mağazaların aqibətindən DANIŞDI

222510

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi, Milli Məclisin sabiq deputatı Sabir Rüstəmxanlı metronun “20 Yanvar” stansiyasının keçidlərində fəaliyyət göstərən sahibkarların bie neçə aydır işsiz qalması ilə bağlı məsələdən narahatlığını dilə gətirib. 

Bizim.Media xəbər verir ki, eks-deputat Sabir Rüstəmxanlı demokrat.az-a açıqlamasında bildirib ki, sözügedən ərazidə fəaliyyət göstərən sahibkarların yeganə gəlir yerləri həmin satış obyektləri idi:
 

“Qazancını ordan əldə edən çox sayda vətəndaşlarımız var. Onların vəziyyəti də nəzərə alınmalıdır. Hesab edirəm ki, onları diqqətsiz şəkildə kənara atmaq olmaz. Yəqin ki, hökumət tərəfindən onlara bir şeylər təklif olunacaq. Vaxtıilə hava limanının yanındakı ticarət mərkəzi sökülmüşdü. Həmin ərəfədə insanların necə dolanacağı haqqında səs-küy qalxdı. Daha sonra səliqəli, müasir tələblərə cavab verən ticarət mərkəzləri tikildi. Həmin adamlara da yerlər təklif olundu. 


Metrostansiya yaxınlığındakı ərazilərdən çıxarılan sahibkarlara da əraziyə yaxın yerdə səliqəli, müasir ticarət mərkəzi tikilməlidir. Həmin ticarət mərkəzində ilk növbədə oradan çıxarılan adamlara müvafiq yerlər təklif olunmalıdır. İnsanları küçədə qoymaq olmaz”.

Qeyd edək ki, bir neçə aydır metronun “20 Yanvar” stansiyasının keçidində fəaliyyət göstərən onlarla ticarət obyektləri səbəbsiz yerə dayandırılıb.

Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq qurumlar bunun səbəbini COP29-la bağlı əlaqələndirsə də, ancaq paytaxtın ən çox turist ziyarət etdiyi ərazilərdə, o cümlədən  “5 Mərtəbə” və “28 May” keçidlərində ticarət fəaliyyəti davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO