Masallı rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Bizim.Media-nın yerli bürosu xəbə verir ki, hadisə zamanı Sabirabad rayon sakini, 24 yaşlı İsrafil Cavadov Samux rayon sakini, 40 yaşlı Sirus Mehdiyevi qətlə yetirib.
Hər iki şəxs Masallıya istixana qurmaq məqsədilə gəlib. Onlar kirayə qaldıqları evdə spirtli içki qəbul edərkən mübahisə yaranıb. Mübahisə zamanı İsrafil Cavadov Sirus Mehdiyevə iki bıçaq zərbəsi endirib. Zərbələrdən biri ölümcül olub və Sirus Mehdiyev çox qan itirmədən həyatını itirib. Mərhumun meyiti aidiyyəti qurumlara təhvil verilib. Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu