Xalq artisti, violonçel ifaçısı Rasim Abdullayev 80 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə Xalq artisti, dirijor Ramiz Məlik-Aslanov özünün "Facebook" hesabında məlumat paylaşıb.
Rasim Abdullayev 1944-cü ildə Bakı şəhərində anadan olub. 1964–1972-ci illərdə Azərbaycan Dövlət Kamera Orkestrinin, 1970–2010-cu illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrində solist olub.
2005-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.
Bizim.Media