70-ə yaxın azərbaycanlı Rusiya ilə sərhəddə qalıb - FOTO

70-ə yaxın azərbaycanlı Rusiya ilə sərhəddə qalıb - FOTO

Hazırda oxunan: 70-ə yaxın azərbaycanlı Rusiya ilə sərhəddə qalıb - FOTO

22228

Azərbaycan-Rusiya sərhədini keçmək istəyən 70-ə yaxın Azərbaycan vətəndaşı günlərdir ki, oraya yaxın yerləşən Dərbənddəki düşərgəyə toplaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə hazırda düşərgədə qalan şəxslərdən biri Bəylər Əhmədov məlumat verib.

Onun sözlərinə görə, aralarında 1 aydır sərhədi keçmək üçün gözləyən vətəndaşlar da var:

“Bizə konkret vaxt deyən yoxdur. Gah deyirlər ki, adam çoxalsın sonra buraxılacaq, gah da deyirlər ki, Azərbaycan tərəfindən adamlar gəlib yoxlayıb aparmalıdır. Şəraitsiz vəziyyətdə yaşayırıq. Aramızda azyaşlı uşaqlar da var. İstinin altında qalmışıq. Uşaqlar tez-tez xəstələnir. Buraxmırlar ki, ailəmizin yanına gedək. Gömrükdə gözləyən Azərbaycan taksi sürücüləri var. Deyirlər ki, 25 min rubl verin, sizi Azərbaycan tərəfinə keçirək. Bizim o qədər pulumuz olsaydı, ölkəmizə təyyarəylə qayıdardıq”. 

Qeyd edək ki, koronavirus pandemiyasına görə bir ildən çoxdur ki, ölkənin quru sərhədləri bağlıdır.

Bu səbəbdən xaricdə, xüsusilə də qonşu Rusiyada yaşayan həmvətənlərimizin ölkəyə qayıtmasında problemlər yaranır. Təyyarə biletlərinin qiymətləri baha olduğuna görə həmin şəxslər quru yoluyla ölkəyə gəlmək istəyirlər.

Xatırladaq ki, hələ pandemiyanın başladığı ilk vaxtlardan etibarən 600-ə yaxın Azərbaycan vətəndaşı Dağıstanda Azərbaycan-Rusiya sərhəddində toplaşmışdı. Rusiya və Azərbaycan hökumətləri bir neçə dəfə azərbaycanlılardan ibarət qrupların Dağıstanda dövlət sərhədindən vətənə qayıdışlarını təşkil edib. (Qafqazinfo)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO