Mərhum polkovnik-leytenantın 8 yaşlı qızı Prezidentə müraciət etdi - “Niyə atamın adın çəkmirlər?” - VİDEO

Mərhum polkovnik-leytenantın 8 yaşlı qızı Prezidentə müraciət etdi - “Niyə atamın adın çəkmirlər?” - VİDEO

Hazırda oxunan: Mərhum polkovnik-leytenantın 8 yaşlı qızı Prezidentə müraciət etdi - “Niyə atamın adın çəkmirlər?” - VİDEO

22206

2016-ci ilin oktyabrın 27-də polkovnik-leytenant Miriyev Telman Mirbaba oğlu hərbi poliqonlardan birində praktiki məşqlər zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində faciəvi şəkildə həlak olub.

Bizim.Media xəbər verir ki, Mərhum zabitin ailəsi həyatını itirmiş hərbçiyə şəhid statusunun verilməsi ilə bağlı demokrat.az-a videomüraciət göndərib.

Müraciətdə Telman Miriyevin 8 yaşlı qızı Zeynəb, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya etdiyi videomüraciətdə atasına şəhidlik statusu verilməsini xahiş edir:

"Mənim atam polkovnik-leytenant Miriyev Telman Mirbaba oğlu 2016-cı ildə təlim zamanı şəhid olub. Atam şəhid olanda, mənim 4 yaşım var idi. Bəlkə də çoxları elə fikirləşir ki, 4 yaşlı uşaq ata yoxluğunu haradan bilə bilər. Atam mənim canım idi. Mən atamla nəfəs alırdım. Atamın şəkillərinə baxıb özümü təsəlli edirəm.

Onun paltarlarının qoxusu ilə yaşayıram. Atamın iş yoldaşları mənə onun qəhrəmanlıqlarından, Aprel döyüşlərində necə döyüşdüyünü danışırdı.

Atam bir qəhrəman idi, vətənini çox sevirdi. Deyirdim "ata nə olar bir gün mənimlə evdə qal" deyirdim. Amma deyirdi ki, "yox qızım qala bilmərəm, mən hərbçiyəm, gedib vətənimizi qorumalıyam". Atam vətən yolunda şəhid oldu. Bu günə qədər ona şəhidlik statusu verilməyib. Prezidentimiz İlham Əliyev ona medal verib. Cənab prezidentimiz İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, cənab nazir, sizdən xahiş edirəm ki, atama şəhidlik statusu verilsin. Mən də bütün uşaqlar kimi atamın yanımda olmasını istəyirəm, amma bilirəm ki, bu mümkün deyil. Hər gün televiziora baxıram, bütün şəhidlərin adını çəkirlər. Amma mənim atamın adını çəkmirlər. Niyə? Mənim atam da bütün şəhidlər kimi vətən yolunda şəhid olub. Sizdən xahiş edirəm, atama şəhidlik statusu verilməsinə kömək edəsiniz".

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO