Qocalmanı ləngitmək üçün faydalı olan qidalar – SİYAHI

Qocalmanı ləngitmək üçün faydalı olan qidalar – SİYAHI

Hazırda oxunan: Qocalmanı ləngitmək üçün faydalı olan qidalar – SİYAHI

221996

Qidalanma fiziki sağlamlığın ən vacib komponentlərindən biridir.

Bizim.Media “Zdorovoye pitanie” portalına istinadən xəbər verir ki, düzgün qidalanma qocalmanı ləngidir.

Qocalmanı yavaşlatmaq üçün bəzi pəhriz vərdişlərinə də əməl etmək lazımdır. İlk növbədə kalori qəbulunu azaltmaq vacibdir. Bu, Yaponiya, İtaliya və Yunanıstanda yüzilliklər boyu tətbiq edilən pəhriz qaydasıdır.

Mütəxəssislər yaşlanmanın qarşısını almaq üçün aşağıdakı maddələrlə zəngin olan qidalardan müntəzəm istifadəni tövsiyə edirlər:

Fitesin (alma, şaftalı, tərəvəz);

Resveratrol (qırmızı qarağat);

Urolitin A (nar, qoz-fındıq).

Zülallar (ət, balıq, dəniz məhsulları);

Bitki lifi (tərəvəz və meyvələr);

Süd və fermentləşdirilmiş süd məhsulları (süd, kefir, kəsmik).

Mənbə yazır ki, yaşlı insanlar qida rasionuna ədviyyatları da daxil etməyi unutmamalıdırlar:

“Kəllə sümüklərində və əzələ tonusunda dəyişikliklər, eləcə də yaşla tüpürcək ifrazının azalması səbəbindən dad qavrayışı dəyişir. Yaş irəlilədikcə dad və qoxu getdikcə zəifləyir, nəticədə yeməklər əvvəlki cəlbediciliyini itirir. Yeməklərə sarımsaq, istiot, reyhan, oreqano, darçın və digər ətirli ədviyyatlar əlavə etmək iştahı yaxşılaşdırmağa kömək edir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO