Azərbaycanda ötən il hərbçilərə 485 mənzil verilib

Azərbaycanda ötən il hərbçilərə 485 mənzil verilib

Hazırda oxunan: Azərbaycanda ötən il hərbçilərə 485 mənzil verilib

22191

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının mənzillə təmin edilməsi məqsədilə “Mənzil və kommunal təsərrüfatı sahəsi üzrə kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər üzrə” xərclərində nəzərdə tutulmuş 35 milyon manat vəsaitdən hesabat ilində tam istifadə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib.

Qeyd edilib ki, həmin vəsait hesabına Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşa edilən Bakı və Naxçıvan şəhərlərində 485 tam təmirli mənzil alınıb və hərbi qulluqçuların mülkiyyətinə verilməsi rəsmiləşdirilib.

Sənəd yaxın günlərdə Milli Məclisin plenar iclasında I oxunuşda müzakirəyə çıxarılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO