Cəbrayılda polisə tabesizlik göstərən şəxslər tutuldu - FOTO

Cəbrayılda polisə tabesizlik göstərən şəxslər tutuldu - FOTO

Hazırda oxunan: Cəbrayılda polisə tabesizlik göstərən şəxslər tutuldu - FOTO

22181

Polis əməkdaşlarına tabesizlik göstərən şəxslər məsuliyyətə cəlb ediliblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media -ya verilən məlumata görə, may ayının 23-ü gecə saat 12 radələrində Cəbrayıl rayonunun işğaldan azad edilmiş Şükürbəyli kəndi ərazisindəki polis əməkdaşlarının xidməti postuna yaxınlaşan “Mitsubishi” və “QAZel” markalı avtomaşınlar prosedur qaydalarına uyğun olaraq yoxlama məqsədi ilə saxlanılıblar.

Yoxlama aparılan zaman hər iki avtomobildə olan şəxslər arasında mübahisə yaranıb.

Postun fəaliyyətini qısa müddətdə pozan 5 nəfər saxlanılaraq Cəbrayıl Rayon Polis Şöbəsinə gətirilib. Müayinə zamanı həmin şəxslərin sərxoş olduğu müəyyən edilib. Onların hər biri barəsində qanuna müvafiq tədbirlər yerinə yetirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO