Tərtərdə qəza olub, xəsarət alanlar var - FOTO

Tərtərdə qəza olub, xəsarət alanlar var - FOTO

Hazırda oxunan: Tərtərdə qəza olub, xəsarət alanlar var - FOTO

221766

Tərtərdə yol qəzası baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Bərdə-Tərtər yolunda qeydə alınıb.
 

Belə ki, hərəkətdə olan iki VAZ markalı minik avtomobili toqquşub. Daha sonra idarəetməni itirərən minik maşınlarından biri yol kənarında dayanan OKA markalı minik avtomobilinə çırpılıb.


Hadisə nəticəsində xəsarət alanlar, 1951-ci il təvəllüdlü Əliyev Aşur Murtuza oğlu və 1978-ci təvəllüdlü Mamedov Qorxmaz Məhəmmədəli oğlu Bərdə mərkəzi rayon xəstəxanasına çatdırılıblar. Onların həyati təhlükəsinin olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.









Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO