Gələn il yaşa görə orta aylıq pensiya neçə manat olacaq? - RƏSMİ AÇIQLAMA

Gələn il yaşa görə orta aylıq pensiya neçə manat olacaq? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Gələn il yaşa görə orta aylıq pensiya neçə manat olacaq? - RƏSMİ AÇIQLAMA

221696

Azərbaycanda təxminən 1 milyon 100 min pensiyaçı var.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, əmək pensiyalarının orta aylıq məbləğinin 2024-cü ildə 494 manat təşkil edəcəyi gözlənilir, 2025-cü ildə isə 535 manat olacağı proqnozlaşdırılır:


"Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 527 manatdan 44 manat artaraq - 571 manata yüksəlməsi proqnozlaşdırılır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO