Kürdəmirdə beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" markalı mikroavtobus həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxıb və bir neçə dəfə çevrilərək aşıb. Qəza zamanı avtomobildə olan 5 nəfər Göyçay sakinləri - 17 yaşlı Bəkirov Şəfa, 68 yaşlı Süleyman Rəhimov, 18 yaşlı Ələkbərova Nərmin, Bakı sakini Məmmədova Nəzakət və Yaqubov Dmitri Nubaxoviç müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu