Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ

Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ

Hazırda oxunan: Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ

221604

Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib.

Bizim.Media xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyi bununla bağlı müraciət yayıb.
 

Bildirilib ki, təhlükəsizlik risklərinin artması ilə bağlı yayılmış məlumatları nəzərə alaraq 21-22 noyabr tarixlərində konsulluq qəbulu aparılmayacaq.


“Səfirlik Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi və yerli dövlət orqanlarının bütün tövsiyələrinə əməl olunması, hava həyəcanı siqnalına riayət olunmaqla sığınacaqlara keçmələrini bir daha xahiş edir. Konsulluq qəbulunun aparılmayacağı bu tarixlərdə vətəndaşlarımızın üzləşə biləcəkləri, təcili və təxirəsalınmaz tədbirlərin tələb olunduğu hallarla bağlı +380 95 056 95 57 telefon nömrəsinə zəng vurmağı xahiş edirik”, - müraciətdə qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO