Bu gün səhər saatlarında bir nəfər limanda dənizə düşüb və həyatını itirib.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Mehman Mehdiyev sayta açıqlamasında faktı təsdiqləyib.
O, qeyd edib ki, "ASCO Nəqliyyat" MMC-nin sürücüsü Mirzə Əbdüləzimzadə ilkin ehtimala görə, ehtiyatsızlıq səbəbindən limanda dənizə düşüb.
"Dərhal aidiyyəti üzrə məlumat verilib və aparılan xilasetmə tədbirləri nəticəsində meyit sudan çıxarılıb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır", - deyə açıqlamada bildirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:18 / 19.11.2024
Dəniz limanında bədbəxt HADİSƏ: Sürücü dənizə düşdü
Hazırda oxunan: Dəniz limanında bədbəxt HADİSƏ: Sürücü dənizə düşdü
Hazırda oxunan: Dəniz limanında bədbəxt HADİSƏ: Sürücü dənizə düşdü
221384
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.