Əmək pensiyalarının orta aylıq məbləği gələn il 8 faiz artacaq

Əmək pensiyalarının orta aylıq məbləği gələn il 8 faiz artacaq

Hazırda oxunan: Əmək pensiyalarının orta aylıq məbləği gələn il 8 faiz artacaq

221368

Əmək pensiyalarının orta aylıq məbləği növbəti ildə 531 manat və ya cari illə müqayisədə 8 % çox proqnozlaşdırılır.

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğini isə 569 manat və ya bu ilin sonuna gözlənilən göstəricidən 8 % çox proqnozlaşdırılır:

“Bu ilin sonuna gözləntimiz odur ki, əmək pensiyalarının orta aylıq məbləği 494 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 527 manat olacaq. Növbəti ildə 8 %-lik artımla pensiyaçılara daha əhatəli dəstək tədbirləri təqdim edilə biləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO