Bu gün səhər saatlarında Astara rayonunun Pensər kəndi ərazisində Pensərçayda kişi meyiti tapılıb.
Bizim.Media xəbər verir ki, araşdırma nəticəsində müəyyən olunub ki, tapılan meyit bu ayın 14-dən itkin düşən və axtarışları aparılan 1950-ci il təvəllüdlü Allahbağış Əsəd oğlu Əliyarovdur.
A. Əliyarov balıqçı olub və ayın 14-də Pensərçayın üzərində tikilmiş körpünün altında balıq tutmaq üçün qırmaq atıb. Bu zaman onun ayağı sürüşüb və suya düşüb. Nəticədə o, boğularaq ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu