BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən Kosmik Agentliklərin Liderlərinin Sammitində Bakı bəyənnaməsi qəbul edilib.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
O bildirib ki, bəyənnaməyə əsasən, ölkələr kosmosla bağlı strategiya və proqramlarını vahid çərçivəyə birləşdirəcəklər: "O cümlədən, dünyanın müxtəlif yerlərində baş verən təbii fəlakətlərlə bağlı təcili birgə səylər göstərərək həmin yerlərə yardımların çatdırılmasını təmin etməyə çalacaqlar. Bəyənnamənin digər mövzusu kosmik agentliklərin ekologiya, iqlim dəyişikliyi ilə bağlı təşkilatlar, vətəndaş cəmiyyətləri ilə əməkdaşlıqlarını artıraraq onların ehtiyaclarını daha dərindən anlamaq və peyklərlə əldə etdikləri məlumatları istifadəçilərə daha rahat şəkildə çatdırmaları ilə bağlıdır".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:50 / 16.11.2024
Kosmik agentlik rəhbərlərinin Bakı bəyənnaməsi qəbul edilib
Hazırda oxunan: Kosmik agentlik rəhbərlərinin Bakı bəyənnaməsi qəbul edilib
Hazırda oxunan: Kosmik agentlik rəhbərlərinin Bakı bəyənnaməsi qəbul edilib
220964
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
XƏBƏR LENTİ
16:21
“"Liverpul" dünyada ən uğurlu futbol klublarından biridir” - Klubun sosial layihələr direktoru
13:00