Bu gün 16 noyabr dünya miqyasında Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur.
Bizim.Media xatırladır ki, 1995-ci ilin 16 noyabrında UNESCO tərəfindən Beynəlxalq Tolerantlıq Günü təsis edilib. Məqsəd qurumun nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır.
Bu gün Azərbaycan dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər ölkəmizi müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Prezident İlham Əliyevin dindarlarla keçirdiyi görüşlər, Ramazan bayramlarında ənənəvi olaraq din xadimləri ilə iftar süfrələrində birgə iştirakı və bu mərasimlərə Azərbaycanda mövcud digər dini icmaların nümayəndələrinin də qatılması ölkədə tolerant düşüncənin artıq tam bərqərar olduğunu göstərir. Prezident İlham Əliyev dindarlarla görüşlərində İslam dininə elmi yanaşmanı, İslam elminin və fəlsəfəsinin öyrənilməsini mühüm şərt kimi səciyyələndirib.
Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:07 / 16.11.2024
16 Noyabr Beynəlxalq Tolerantlıq Günüdür
Hazırda oxunan: 16 Noyabr Beynəlxalq Tolerantlıq Günüdür
Hazırda oxunan: 16 Noyabr Beynəlxalq Tolerantlıq Günüdür
220950
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
XƏBƏR LENTİ
13:00
Oxu atıb, yayı GİZLƏDƏNLƏR – Təbiətə daha çox ziyan vuran ölkələrin niyə COP29-da səsi ÇIXMIR?
12:07