COVID-19 pandemiyasının nəticələrini aradan qaldırmaq Almaniyaya təxminən 300 milyard avroya başa gəlib.
Bu barədə “Die Welt” qəzeti Köln İqtisadiyyat İnstitutunun hesablamalarına istinadla məlumat yayıb.
Bizim.Media Azərtaca istinadən xəbər verir ki, institutun rəhbəri Mixael Hyüterin sözlərinə görə, yalnız son üç rübdə (2020-ci ilin dördüncü rübündən bu ilin ikinci rübü üzrə) böhranın aradan qaldırılması xərcləri təxminən 140 milyard avro təşkil edib. Bu məbləğin üçdəbiri koronavirusun ikinci dalğasının nəticəsi olan lokdaunla bağlıdır.
MÖVZU İLƏ BAĞLI:
Bu il daha çox ölüm ola bilər - ÜST-dən xəbərdarlıq
“Vaksinasiya tempi artır və bu, iqtisadiyyat üçün mühüm siqnaldır. Lakin biz illüziyaya qapıla bilmərik ki, böhran guya daha öz izini qoymayacaq”, - deyə Hyüter xəbərdarlıq edib.
Hazırda Almaniyada karantin tədbirləri qüvvədədir, lakin qışda olduğu qədər sərt deyil.
Məktəblər və uşaq bağçaları açıqdır, bir sıra vilayətlərdə muzeylər və qalereyalar işləyir. Bir çox regionlar məhdudiyyət tədbirlərini yumşaltmağa başlayıb, açıq havada restoranlar fəaliyyət göstərir, otellər açılıb.
Bizim.Media