Helikopterimiz Türkiyədə ikinci dəfə qəza enişi etdi – POLİS AYAĞA QALXDI - FOTO

Helikopterimiz Türkiyədə ikinci dəfə qəza enişi etdi – POLİS AYAĞA QALXDI - FOTO

Hazırda oxunan: Helikopterimiz Türkiyədə ikinci dəfə qəza enişi etdi – POLİS AYAĞA QALXDI - FOTO

22082

3 gün əvvəl Türkiyədə məcburi eniş edən Azərbaycan Hərbi Hava Qüvvələrinin Mi-17 helikopteri yenidən qəza enişi etməyə məcbur olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.

Xəbər verildiyimiz kimi, vertolyot hərbi təlimlərdə iştirak etmək üçün Amasya regionundakı Merzifon hərbi hava bazasına uçarkən nasazlıq səbəbindən Giresun ərazisindəki  çimərliyə qəza eniş edib.
 

Bildirilir ki, 6 nəfərdən ibarət ekipaj bir gün əvvəl səhər saatlarında nasazlığın aradan qaldırıldıqdan sonra sınaq uçuşu üçün vertolyotu havaya qaldırsa da 5 dəqiqə sonra yenidən qəza enişi etməyə məcbur olub. 


Dünən axşam saatlarında baş verən hadisədən sonra ekipaj gecəni vertolyotda keçirib. Hazırda əsaslı təmir üçün Azərbaycandan ehtiyat hissə və mühəndislərin gəlişini gözləyirlər.

Türk mediası onu da qeyd edib ki, jandarma gün ərzində vertolyotun olduğu rayonda təhlükəsizlik tədbirlərini gücləndirib və bu rayonda növbətçilik təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO