Bizim.Media xəbər verir ki, mayın 24-dən 113 nömrəli marşrut xətti (“Qara Qarayev” m/s – Əmircan qəs.) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
MÖVZU İLƏ BAĞLI:
Bakıda daha 7 avtobus kart sisteminə keçir - SİYAHI
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Qeyd edilir ki, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq.
Xatırladaq ki, paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib.
Bizim.Media