Taksi sifarişi operatorları tərəfindən xidmətə görə əlavə vəsaitin tutulması, eyni zamanda bir gedişə görə bir neçə dəfə ödənişin çıxılması qanunsuzdur.
Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentli (AYNA) məlumat yayıb.
Bildirilib ki, bununla bağlı AYNA tərəfindən ciddi tədbirlər görüləcək.
“Belə hallarla qarşılaşan sərnişinlərdən AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən məlumat vermələri xahiş olunur. Taksi nəqliyyat vasitəsilə sərnişin daşımalarında xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür”, - deyə məlumatda qeyd edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:29 / 15.11.2024
AYNA-dan taksi şirkətlərinə XƏBƏRDARLIQ: Ciddi tədbirlər görüləcək
Hazırda oxunan: AYNA-dan taksi şirkətlərinə XƏBƏRDARLIQ: Ciddi tədbirlər görüləcək
Hazırda oxunan: AYNA-dan taksi şirkətlərinə XƏBƏRDARLIQ: Ciddi tədbirlər görüləcək
220788
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.