BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 14-də "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması"nın təşkilatçılığı ilə Avropada miqrantlara qarşı təzyiqlərə, dözülməz münasibətə etiraz olaraq aksiya keçirilib.
Bizim.Media QHT.az-a istinadən xəbər verir ki, aksiyada iştirakçılar üzərində iqlim dəyişikliyinə qarşı mübarizəyə və miqrantların hüquqlarının müdafiəsinə çağırışa dair şüarlar yazılmış plakatlar qaldırıblar.
“İnkişafa və islahata dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev qeyd edib ki, miqrantlara münasibətdə hər zaman haqq səsi ucaldılmalıdır:
“Çünki onlara qarşı haqsızlıqlar çoxalıb. Onların hüquqları pozulmaqla yanaşı, övladları təhsilsiz qalır, hətta təhsil ocaqlarında hücumlara məruz qalırlar. Belə hallarla qarşılaşanda, hüquqlarının müdafiəsi üçün vəkil tapa bilmirlər, yerləşdikləri sığınacaqlar çox natəmizdir. Sərhəddən keçəndə onlara bilərəkdən süni problemlər yaradılır”.
Gənc fəal Şəbnəm İbrahimli isə miqrasiya məsələsinin bütün dünyada qlobal problem olduğunu diqqətə çatdırıb:
“İqlim dəyişikliyi zamanı miqrantlar əsasən su qıtlığı, öz ərazilərini tərk etmək, təbii fəlakət və bu kimi digər problemlərlə qarşı-qarşıya qalırlar. Beynəlxalq tədbirdə diqqəti az da olsa, bu həssas məsələyə yönəltmək istədik”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:26 / 15.11.2024
Bir qrup QHT etiraz aksiyası keçirib
Hazırda oxunan: Bir qrup QHT etiraz aksiyası keçirib
Hazırda oxunan: Bir qrup QHT etiraz aksiyası keçirib
220776
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.