Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin baş direktorundan Azərbaycanla əməkdaşlıqla bağlı PAYLAŞIM – FOTO

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin baş direktorundan Azərbaycanla əməkdaşlıqla bağlı PAYLAŞIM – FOTO

Hazırda oxunan: Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin baş direktorundan Azərbaycanla əməkdaşlıqla bağlı PAYLAŞIM – FOTO

220772

“Mərkəzi Asiya üçün COP29 Enerji Keçidi üzrə İnvestisiya Forumunun açılışında yeni regional tərəfdaşlığa başlamaqdan qürur duyuruq”.

Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera “X” hesabındakı paylaşımında qeyd edib.
 

“Mərkəzi Asiyada Sürətləndirilmiş Bərpa Olunan Enerji Tərəfdaşlığı proqramı ölkə rəhbərliyi ilə planlaşdırma və icra prosesini özündə birləşdirən tərəfdaşlıq modelini təklif edir”, - deyə o bildirib.


Qeyd edək ki, “Mərkəzi Asiyada Sürətləndirilmiş Bərpa Olunan Enerji Tərəfdaşlığı” (APRECA) proqramı Azərbaycan Energetika Nazirliyi və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin birgə layihəsidir. Sözügedən proqram COP29 çərçivəsində təşkil olunmuş Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumunda təsis olunub. 

Proqramın məqsədi regionda bərpa olunan enerjinin tətbiqini sürətləndirmək və yaşıl sənayeləşməni təşviq etməkdir.

Forumda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərindən nazirlər və nazir müavinləri iştirak edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO