İşğaldan azad olunmuş ərazilərdə 140-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub – FOTO

İşğaldan azad olunmuş ərazilərdə 140-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub – FOTO

Hazırda oxunan: İşğaldan azad olunmuş ərazilərdə 140-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub – FOTO

220693

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə özünüməşğulluq proqramının icrası işlərini davam etdirir.

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, bu gün Cəbrayıl və Füzuli şəhərinə köçürülən sakinlərdən daha bir qrup şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim olunub.

Verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları qadın gözəllik salonu, dərzi sexi, kişi bərbərxanası və dönərxana zərfi üzrə kiçik biznes sahələrini yaradıblar.

Beləliklə, işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlərdən artıq 140-dək şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO