Bakıda keçirilən COP29 tədbiri çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Avropa İnvestisiya Bankı (AİB) arasında Anlaşma Memorandumu imzalanıb.
Nazirlikdən Bizim.Media-ya bildirilib ki, memoranduma əsasən, tərəflər “Bakı Metropoliteni” QSC-nin şəbəkəsinin yenilənməsi, genişləndirilməsi və modernləşdirilməsi layihəsinin hazırlanması, tam qiymətləndirilməsi məqsədilə əməkdaşlıq edəcəklər.
Qeyd olunub ki, metro ilə hər gün təxminən 620-630 min sərnişin daşınır. Şəbəkənin yenilənməsi və genişləndirilməsi ilə bağlı planlaşdırılan işlərin məqsədi təqribən 2,4 milyon əhalisi olan Bakı şəhərində metro sərnişinlərinin sayını artırmaq və nəqliyyat sıxlığını azaltmaqdır.
Anlaşma Memorandumunun icrası paytaxtda mobilliyin inkişafı istiqamətində mühüm addım olacaq, eyni zamanda iqlim dəyişikliyi ilə mübarizə və çirklənmənin qarşısının alınması istiqamətində səyləri gücləndirəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:57 / 14.11.2024
Bakıda metro şəbəkəsi GENİŞLƏNDİRİLƏCƏK
Hazırda oxunan: Bakıda metro şəbəkəsi GENİŞLƏNDİRİLƏCƏK
Hazırda oxunan: Bakıda metro şəbəkəsi GENİŞLƏNDİRİLƏCƏK
220689
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.